BAKI, 3 oktyabr. TELEQRAF

İsveç millisinin və İngiltərənin “Arsenal” klubunun hücumçusu Viktor Qyökereş Millətlər Liqasında yeni rekorda imza atıb.

Teleqraf xəbər verir ki, 27 yaşlı forvard Bosniya və Herseqovina ilə səfər oyununda komandasının yeganə qolunu vurub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qyökereş bununla da Millətlər Liqasında ardıcıl 6-cı matçda fərqlənib.

Turnirin mətbuat xidmətinin məlumatına görə, isveçli hücumçu yarışın tarixində belə seriyaya imza atan ilk futbolçu olub.

İsveç yığması növbəti oyununu oktyabrın 5-də səfərdə Rumıniyaya qarşı keçirəcək.