BAKI, 3 oktyabr. TELEQRAF
Fransanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappenin keçmiş komandası PSJ-yə qarşı qaldırdığı cinayət işi ləğv edilib.
Teleqraf xəbər verir ki, Paris istintaq hakimləri cinayət təqibinin davam etdirilməsi üçün kifayət qədər əsas olmadığı qənaətinə gəliblər.
Mbappe 2025-ci ilin mayında PSJ-ni emosional təcavüzdə ittiham edərək şikayət edib. Futbolçunun narazılığı 2023-cü ilin yayında müqaviləni yeniləməkdən imtina etdikdən sonra klubun onu əsas komandadan uzaqlaşdırması ilə bağlı olub.
Fransalı hücumçu 2025-ci ilin iyulunda şikayətini geri götürüb. İstintaq hakimləri də qərar zamanı bu faktı nəzərə alıblar.
Qeyd edək ki, Mbappe 2024-cü ilin yayında PSJ ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent kimi “Real Madrid”ə keçib.