"Sabah Litva komandasına qarşı bizi çox çətin oyun gözləyir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin üzvü Rüfət Abbasov Millətlər Liqasının Litva ilə cavab oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

"Yalnız bir düşüncəmiz var ki, qələbə qazanmalıyıq. Komandaya inanıram, çox yaxşı hazırlaşmışıq bu oyuna. İnşallah, sabah qələbə qazanmalıyıq", - deyə yığma üzvü bildirib.

Qeyd edək ki, D Liqasının 2-ci qrupunun Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da "Palms Sport Arena"da keçiriləcək.