BAKI, 24 iyul. TELEQRAF
2026-cı il dünya çempionu, İspaniya millisinin üzvü Mark Kukurella ailə həyatı ilə bağlı duyğusal açıqlamalar verib.
Teleqraf xəbər verir ki, futbolçu həyat yoldaşı Klaudiya Rodriqeslə birlikdə böyük oğulları Mateoya autizm diaqnozu qoyulduqdan sonra yaşadıqları çətin günlərdən danışıb.
28 yaşlı müdafiəçi uzun və gur saçlarını niyə kəsmədiyini də izah edib. O bildirib ki, bunun səbəbi oğlu Mateonun onu meydanda daha rahat tanımasıdır:
"Məni unutsa, saçlarımdan tanısın deyə onları kəsmirəm. Bu, həm də matçlarda məni daha rahat tapmasına kömək edir".
60 milyon avro olan bazar dəyəri olan ispan futbolçu bu yay "Çelsi"dən 55 milyon avro qarşılığında Joze Mourinyonun rəhbərlik etdiyi "Real Madrid"ə transfer olunub.
Futbol karyerasına "Espanyol"un akademiyasında başlayan Kukurella daha sonra "Barselona", "Eybar", "Xetafe", "Brayton" və "Çelsi"nin formasını geyinib.