BAKI, 8 iyun. TELEQRAF

“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutski Rusiyanın “Ural” klubundan ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə Yekaterinburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında müddəti başa çatan müqavilənin uzadılmaması qərara alınıb.

Qeyd edək ki, “Ural” 2025/2026 mövsümünün yekununda pley-off oyunlarında Mahaçqala “Dinamo”suna məğlub olaraq Rusiya Premyer Liqasına vəsiqə qazana bilməyib.

Vasili Berezutski 2024/2025 mövsümündə “Sabah”a rəhbərlik edib. Onun rəhbərliyi altında “bayquşlar” tarixində ilk dəfə Azərbaycan Kubokunun qalibi olub.