BAKI, 12 may. TELEQRAF

“Zirə” Azərbaycan Kubokunun finalında “Sabah”a qarşı keçirəcəyi oyundan öncə itki ilə üzləşib.

Teleqraf-ın məlumatına görə, bu barədə “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov açıqlama verib.

O bildirib ki, futbolçu oyunöncəsi məşq zamanı zədələnib:

“İmişlidə çox yorulduq. Hətta futbolçumuz Hacıağa Hacılı bu gün məşq vaxtı adi epizodda zədələndi. Düşünürəm ki, bu, Premyer Liqada “İmişli”yə qarşı oyundan sonra yaranan yorğunluqla bağlıdır. Çünki Quba Olimpiya stadionunun ot örtüyü yaxşı vəziyyətdə deyildi. Hacıağa oyunlarda az görünsə də, mənim üçün onun yoxluğu ciddi itkidir. Sabah əsas heyətdə başlamasa da, sonradan şans verməyi düşünürdüm. Çünki kubok təcrübəsi böyükdür”.

Qeyd edək ki, final görüşü mayın 13-də, saat 20:00-da "Palms Sports Arena"da vaş tutacaq.