"Real Madrid" ukraynalı qapıçı Andrey Luninlə bağlı qərar verib.

Teleqraf "The Athletic"ə istinadla xəbər verir ki, qolkiper növbəti mövsümdə də komandada qalacaq.

2025/2026 mövsümündə Lunin 11 oyunda iştirak edib və 21 qol buraxıb.

27 yaşlı qapıçı 2018-ci ilin yayında Madrid nəhənglərinə qoşulub. Onun hazırkı müqaviləsi 2030-cu ilin iyun ayının sonunda başa çatacaq. Qolkiperin bazar dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.