La Liqa nəhəngi “Real” ciddi itki ilə üzləşib.

Teleqraf xəbər verir ki, komandanın hücumçusu Kilian Mbappe sıradan çıxıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Fransalı futbolçu zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Mbappe cari mövsümdə La Liqada 28 oyunda 24 qol vurub, 4 məhsuldar ötürmə edib.

Daha əvvəl Madrid təmsilçisinin heyətində Eder Militao və Arda Güler zədə səbəbindən mövsümü başa vurmuşdu.