BAKI, 26 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXIX turu davam edir.
Teleqraf xəbər verir ki, bu gün 2 qarşılaşma baş tutacaq.
Günün ilk oyunu "Şamaxı" və "Kəpəz" arasında baş tutacaq. Saat 16:00-da start götürəcək qarşılaşma Şamaxı şəhər stadionunda keçiriləcək. Şamaxı təmsilçisi turnir cədvəlində 32 xalla 8-ci, "Kəpəz" isə 21 xalla 10-cu yerdədir.
"Neftçi" isə evdə "Qarabağ"ı qəbul edəcək. Saat 19:00-da keçiriləcək derbi Tural Qurbanova həvalə edilib. "Ağ-qaralar" 44 xalla turnir cədvəlində 5-ci, "Qarabağ" isə 56 xalla ikinci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXIX tur
25 aprel
16:00. “Şamaxı” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Emin Əliyev
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı şəhər stadionu
19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Palms Sports Arena”