BAKI, 25 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXIX turunda “İmişli” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Quba şəhər İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüşdə “kimyaçılar”ın heyətində Aleksandr Ramalinqom (34, 85-ci dəq.) dubl edib.
Bu nəticədən sonra Saşa İliçin komandası xallarını 38-ə çatdıraraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Jorj Kaşkilhanın kollektivi isə 29 xalla 9-cu pillədə yer alıb.
Qeyd edək ki, günün növbəti matçında “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da start götürəcək.