BAKI, 20 aprel. TELEQRAF

2025/2026 mövsümündə Almaniya Bundesliqasında çempionluğunu rəsmiləşdirən “Bavariya”nın qapıçısı Manuel Noyer tarixi göstəriciyə imza atıb.

Teleqraf “Transfermark”a istinadən xəbər verir ki, 40 yaşlı qolkiper Avropanın beş böyük liqasında ən çox çempionluq yaşayan futbolçular sırasına yüksəlib.

“Bavariya”nın son çempionluğu ilə Noyer karyerasında 13-cü liqa titulunu qazanıb. Bu nəticə ilə o, Ryan Giggs, Tomas Müller və Kinqsli Koman ilə birlikdə Avropanın beş böyük liqasında ən çox çempionluq yaşayan futbolçular siyahısında zirvəni bölüşür.

Rayan Giqqz “Mançester Yunayted”lə 13 Premyer Liqa çempionluğu qazanıb. Müller və Koman bu uğura “Bavariya” ilə nail olublar. Koman həmçinin karyerasında A Seriyası və Liqa 1 çempionluqları da əldə edib.

Siyahıda 12 çempionluğu olan futbolçular arasında Lionel Messi, David Alaba, Paco Gento və Robert Levandovski yer alır. Messi “Barselona” ilə 10, PSJ ilə isə 2 dəfə çempion olub. Alaba həm “Bavariya”, həm də “Real Madrid” ilə bu uğuru yaşayıb.

11 çempionluğu olan futbolçular sırasında isə Pol Skoulz, Arien Robben, Tyaqo Alkantaro və Canluici Buffon da var.