Portuqaliyalı baş məşqçi Joze Mourinyo "Real Madrid" rəhbərliyinin maraq dairəsindədir.
Teleqraf "Goal" nəşrinə istinadla xəbər verir ki, ulduz məşqçinin Santyaqo Bernabeuya qayıtması ehtimalı "Real Madrid"in gündəmindədir.
Klub rəhbərliyi Alvaro Arbeloanı mövsümün sonunda Mourinyo ilə əvəz etmək istəyir.
"Los Blancos"un prezidenti Florentino Peres mümkün əməkdaşlığı müzakirə etmək üçün Mourinyo ilə fərdi görüş keçirməyi planlaşdırır.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə Madrid nəhəngini çalışdırıb. Hazırda o, Lissabonun "Benfika" klubunda işləyir.