BAKI, 18 aprel. TELEQRAF
Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının 1/4 final qarşılaşmalarından sonra UEFA reytinqində dəyişiklik olub.
Teleqraf xəbər verir ki, "Real Madrid" Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya (6:4) məğlub olaraq lider mövqeyini itirib.
"Bavariya" artıq Avropanın ən yaxşı klubudur. Bundesliqa təmsilçisi "Real Madrid"dən 2 xal irəlidədir.
İlk üçlüyü "Liverpul" tamamlayır. Son üç ildə iki dəfə Çempionlar Liqasının finalına çıxan "İnter" 4-cü pillədə qərarlaşıb. Hazırkı Çempionlar Liqasının qalibi PSJ beşinci yerdədir.
UEFA reytinqi
1. "Bavariya"
2. "Real Madrid"
3. "Liverpul"
4. "İnter"
5. PSJ
6. "Mançester Siti"
7. "Arsenal"
8. "Barselona"
9. "Bayer Leverkuzen"
10. "Atletiko Madrid".