BAKI, 17 aprel. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura start veriləcək.

Teleqraf xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.

Günün ilk matçında “Araz-Naxçıvan” “SOCAR Polymer Arena”da “Turan Tovuz”u qəbul edəcək. Baş hakim Rauf Cabbarovun idarə edəcəyi görüş saat 17:00-da start götürəcək. Hazırda Andrey Demçenkonun komandası 39 xalla turnir cədvəlinin 6-cı, Saşa İliçin kollektivi isə 32 xalla 7-ci pilləsində yer alır.

Günün növbəti qarşılaşmasında isə “Zirə” “Neftçi” ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşü İnqilab Məmmədov idarə edəcək. Hazırda “qartallar” 44 xalla turnir cədvəlinin 4-cü, “ağ-qaralar” isə 43 xalla 5-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası
XXVIII tur
17 aprel

17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirməmməd Məmmədov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
“SOCAR Polymer Arena”

19:30. “Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.