BAKI, 18 mart. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

“Şamaxı” doğma meydanında “Araz-Naxçıcan”ı qəbul edəcək.

Şamaxı şəhər stadionunda təşkil olunacaq matç saat 15:00-da start götürəcək.

Qeyd edək ki, turun digər oyunları 19-21 martda baş tutacaq.

Azərbaycan Premyer Liqası

XXV tur

18 mart

15:00. “Şamaxı” – “Araz-Naxçıvan”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı şəhər stadionu.