BAKI, 15 mart. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında “Kəpəz” Yevlax şəhər stadionunda “Turan Tovuz”u qəbul edəcək. Qərb derbisini yeni FIFA referisi Tural Qurbanov idarə edəcək.

Hazırda Azər Bağırovun komandası 17 xalla turnir cədvəlinin 10-cu, Kurban Berdıyevin kollektivi isə 44 xalla 3-cü pilləsində qərarlaşıb.

Tura “Qəbələ” - “Neftçi” oyunu ilə yekun vurulacaq. Qəbələ şəhər stadionunda baş tutacaq görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Hazırda Kaxaber Tsxadadzenin komandası 16 xalla turnir cədvəlinin 11-ci, Yuri Vernidubun kollektivi isə 31 xalla 7-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası,

XXIV tur
15 mart

15:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Yevlax şəhər stadionu

18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun daha öncə baş tutan oyunlarında “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı 2:1, “Şamaxı” səfərdə “Sumqayıt”ı 1:0, “Sabah” “İmişli”ni 5:0, “Qarabağ” “Zirə”ni 3:1 hesabı ilə məğlub edib.