BAKI, 12 mart. TELEQRAF

İspaniya millisinin və “Atletik Bilbao”nun ulduz futbolçusu Niko Uilyams yayda komandadan ayrıla bilər.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun ardıcıl qeyri-sabit performansından narazı qalan La Liqa təmsilçisi onu yay transfer pəncərəsində satmağı planlaşdırır.

Hazırda “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” gənc futbolçunu heyətinə qatmaq istəyən əsas namizədlərdir.

“Atletik Bilbao” Uilyamsın transfer qiyməti 90 milyon avro olsa da, London klublarından təxminən 80 milyon avro civarında bir təklif gəlsə, satışa razılıq verəcək.

Qeyd edək ki, cari mövsüm Niko Uilyams 26 oyuna çıxıb, 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi isə 2035-ci ilə qədər qüvvədədir.