BAKI, 8 mart. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXIII turunun növbəti oyunu “Şamaxı” və “İmişli” komandaları arasında keçirilib.
Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşdə hesab açılmayıb - 0:0.
Matçı baş hakim Vüqar Həsənli idarə edib.
Bununla da “Şamaxı” xallarının sayını 27-yə çatdıraraq 8-ci pillədəki yerini bərkidib. Doqquzuncu olan “İmişli”nin 22 xalı var.
Qeyd edək ki, günün digər matçında “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 19:15-də start götürəcək.