BAKI, 6 mart. TELEQRAF
Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi "Sabah"ın köməkçi məşqçisi Valerio Zuddası "Qarabağ"la keçirilən Azərbaycan Premyer Liqasının XXII tur oyununda etdiyi qeyri-etik jestə görə cəzalandırmayıb.
Bunun səbəbi kimi komitənin sədri Erkin Hüseynov görüşün hakimlər briqadası və AFFA nümayəndələri tərəfindən müvafiq protokolda yazılmamasını göstərib.
Teleqraf həmin insidentin videogörüntüsünü əldə edib. Görüntüdən də aydın olur ki, Valerio Zuddas açıq-aşkar "Qarabağ"ın üzvlərinə qarşı ədəbsiz jest edir.
Bu görüntülərdən sonran AFFA İntizam Komitəsinin hansı qərar verəcəyi maraqla gözlənilir.
Həmin videonu təqdim edirik: