BAKI, 3 mart. TELEQRAF
Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk cavab oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, yarımfinala birinci vəsiqənin sahibi “Zirə” və “Sumqayıt” komandaları arasında baş tutacaq görüşdə bilinəcək.
Zirə İdman Kompleksinin stadionunda reallaşacaq qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq.
Bu komandalar arasındakı ilk matçda qolsuz heç-heçə qeydə alınıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunları 4-5 martda keçiriləcək.
Bizon Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
3 mart
19:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu.