BAKI, 27 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXII turunun növbəti oyununda “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən matç paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim Rauf Cabarovun idarə etdiyi görüşdə yeganə qolu 68-ci dəqiqədə Ayrton Qomis vurub.
Bununla da 4-cü pillədə qərarlaşan “Zirə” xallarının sayını 38-ə çatdırıb. “Araz-Naxçıvan” 33 xalla beşincidir.
Qeyd edək ki, turun növbəti oyunları 28 fevral - 1 mart tarixlərində keçiriləcək.