BAKI, 22 fevral. TELEQRAF

Bundesliqanın 23-cü turunun ikinci oyun gününün sonuncu qarşılaşması “Leyptsiq” və “Borussiya Dortmund” komandaları arasında keçirilib.

Teleqraf xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. Leyptsiq təmsilçisi ilk hissədə avstriyalı yarımmüdafiəçi Kristof Baumqartnerin 20-ci və 39-cu dəqiqədə vurduğu qollar sayəsində hesabda irəli çıxıb. Lakin qonaqlar ikinci hissədə hesabı bərabərləşdirə biliblər. Görüşün 50-ci dəqiqəsində “Leyptsiq”in hücumçusu Romulonun avtoqolu hesab arasındakı fərqi azaldıb. Matçın sonuna əlavə olunan hissədə - 90+5-ci dəqiqədə dortmundluların hücumçusu Fabio Silva oyunda son nöqtəni qoyub – 2:2.

Bu qələbədən sonra “Borussiya Dortmund” 52 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Bavariya”dan 8 xal geri qalır. “Leyptsiq” isə 41 xalla beşinci sıradadır.

Bundesliqanın 23-cü turuna bu gün keçiriləcək “Frayburq” – “Borussiya Mönxenqladbax”, “St. Pauli” – “Verder Bremen” və “Haydenhaym” – “Ştutqart” görüşləri ilə yekun vurulacaq.

Xatırladaq ki, turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Maynts” - “Hamburq” – 1:1

“Bavariya” - “Ayntraxt Frankfurt” – 3:2

“Volfsburq” - “Auqsburq” – 2:3

“Union Berlin” - “Bayer Leverkuzen”– 1:0

“Köln” - “Hoffenhaym”– 2:2.