BAKI, 21 fevral. TELEQRAF
Almaniya Bundesliqasının təmsilçisi “Bayer Leverkusen”in futbolçusu Edmond Tapsoba yayda klubdan ayrıla bilər.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə PSJ, “Mançester Yunayted” və “Liverpul” maraqlanır.
Leverkuzen klubu oyunçunu buraxmaq istəməsə də, uyğun təklif daxil olacağı təqdirdə transferə razılıq verə bilər. Klubu Tapsobanı 50–60 milyon avroya sata bilər.
Qeyd edək ki, Tapsoba cari mövsümdə bütün turnirlər üzrə 28 oyunda iştirak edib, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.