BAKI, 18 fevral. TELEQRAF

“Nyukasl”ın futbolçusu Entoni Qordon UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ı 6:1 hesabı ilə məğlub etdikləri görüşdə “matçın oyunçusu” seçilib.

Teleqraf xəbər verir ki, o, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan qarşılaşmada “poker” edib.

Qordon oyunun 3, 32, 34 və 45+1-ci dəqiqələrində fərqlənib.

Qeyd edək ki, cavab qarşılaşması bir həftə sonra İngiltərədə baş tutacaq