BAKI, 18 fevral. TELEQRAF
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la keçirilən oyununda ağır itki ilə üzləşib.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Bəhlul Mustafazadə zədələnib.
28 yaşlı futbolçu oyuna davam edə bilmədiyi üçün 22-ci dəqiqədə Dani Boltla əvəzlənib.
Qeyd edək ki, hazırda hesab 2:0 rəqibin xeyrinədir.