BAKI, 18 fevral. TELEQRAF

Rusiyanın "Baltika" klubu cari mövsümün ilk yarısını "Neftçi"də keçirən futbolçusu Aleks Fernandesi yenidən icarəyə göndərib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı cinah oyunçusu karyerasını Özbəkistanın "Navbahor" komandasında davam etdirəcək.

Razılaşmaya əsasən, 23 yaşlı futbolçu ilin sonuna qədər bu klubda oynayacaq.

Qeyd edək ki, Aleks Fernandes 2025-ci ilin 10 fevralından 31 dekabrınadək "Neftçi"də oynayıb. O, "ağ-qaralar"la meydana çıxdığı 16 oyunda 1 qolun müəllifi olub.