BAKI, 18 fevral. TELEQRAF

Portuqaliyanın “Benfika” klubu ilə İspaniyanın “Real” komandası arasında Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəliş uğrunda keçirilən ilk pley-off oyunu irqçi şüarlar səbəbindən müvəqqəti dayandırılıb.

Teleqraf xəbər verir ki, qarşılaşma Madrid klubunun braziliyalı hücumçusu Vinisius Juniorun ünvanına səsləndirilən irqçi ifadələrə görə dayandırılıb. Futbolçu 50-ci dəqiqədə fərqlənib, bundan sonra künc bayrağına yaxınlaşaraq “Benfika” azarkeşlərinə tərəf təxribat xarakterli jestlər edib. Ardınca o, hakimi məlumatlandıraraq meydanı tərk edib.

Oyun təxminən 10 dəqiqəlik fasilədən sonra bərpa olunub.

Hazırda görüşdə hesab 1:0 “Real”ın xeyrinədir.