BAKI, 18 fevral. TELEQRAF
Almaniyanın “Borussiya Dortmund” klubunun futbolçuları və texniki heyəti İtaliyanın “Atalanta” komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ev oyununa gecikiblər.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gecikmə səbəbindən qarşılaşmanın başlanğıcı 15 dəqiqə təxirə salınıb.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu fevralın 25-də İtaliyada keçiriləcək.