BAKI, 17 fevral. TELEQRAF

“Zirə” futbolçusu Yeqor Boqomolskini icarəyə verib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu sonradan transfer etmək hüququ da daxil olmaqla cari mövsümün sonuna kimi Rusiyanın “Ural” klubunda çıxış edəcək.

Qeyd edək ki, Yeqor Boqomolski 2025-ci ilin yayından "Zirə"nin şərəfini qoruyurdu. O, "qartallar"la meydana çıxdığı 21 oyunda cəmi bir qol vurub.