BAKI, 17 fevral. TELEQRAF
Cənubi Azərbaycanın "Traktor" klubu xorvatiyalı baş məşqçi Draqan Skoçiçlə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
57 yaşlı mütəxəssisin öz istəyi ilə klubdan ayrıldığı bildirilir.
Qeyd edək ki, Draqan Skoçiç 2024-cü ilin yayında "Traktor"un baş məşqçisi təyin olunub. "Qırmızı qurdlar" onun rəhbərliyi altında tarixi ərzində ilk dəfə İran çempionu olmağı bacarıb.