BAKI, 14 fevral. TELEQRAF
Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, Paris təmsilçisi İngiltərənin “Nyukasl” klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Brunu Gimaraynşı transfer hədəfinə çevirib.
Məlumata görə, PSJ-nin rəhbərliyi 28 yaşlı oyunçu üçün artıq ilkin danışıqlar aparıb.
İngiltərə klubu Gimaraynşı 100 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, Brunu Gimaraynş cari mövsüm keçirdiyi 35 matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsinin müddəti 2028-ci ilədək nəzərdə tutulub.