BAKI, 11 fevral. TELEQRAF
Portuqaliyanın “Portu" klubunun və İspaniya millisinin futbolçusu Samuel Agehova zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənar qalacaq.
Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, dizindən ağır zədə alan 21 yaşlı hücumçu həm cari mövsümü, həm də qarşıdan gələn DÇ-2026-nı buraxacaq.
Qeyd edək ki, Samuel Agehova cari mövsüm ərzində meydana çıxdığı 32 oyunda 20 qol və 1 məhsuldar ötürmə müəllifi olub.