BAKI, 9 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasının XIX turunun növbəti oyununda "İmişli" "Kəpəz"lə qarşılaşıb.
Teleqraf xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə hesab açılmayıb - 0:0.
Bu nəticədən sonra 11-ci pillədə qərarlaşan "Kəpəz" komandası xallarının sayını 13-ə çatdırıb. "İmişli" 19 xalla doqquzuncudur.
Qeyd edək ki, günün digər matçında "Turan Tovuz" "Karvan-Yevlax"ı qəbul edəcək. "Azersun Arena"da baş tutacaq qarşılaşmanın start fiti saat 18:30-da səslənəcək.