BAKI, 5 fevral. TELEQRAF

Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına bu gün yekun vurulacaq.

Teleqraf xəbər verir ki, günün ilk matçında “Şamaxı” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

Baş hakim Kamranbəy Rəhimovun idarə edəcəyi görüş saat 14:30-da start götürəcək.

Günün növbəti oyununda isə “Turan Tovuz” və “Kəpəz” komandaları qarşı-qarşıya gələcək. “Azersun Arena”da saat 19:00-da baş tutacaq görüşü Əli Əliyev idarə edəcək.

Bizon Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyunlar

5 fevral

14:30. “Şamaxı” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov
VAR: Rauf Cabarov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Şamaxı şəhər stadionu

19:00. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

“Azersun Arena”

Qeyd edək ki, əvvəlki iki oyunda “Sumqayıt” evdə “Zirə”nin, “Sabah” isə “Qəbələ”nin müqavimətini qıra bilməyib – 0:0. Cavab görüşləri 3–4 martda keçiriləcək.