BAKI, 1 fevral. TELEQRAF

Azərbaycan Premyer Liqasının XVIII turunda “Araz-Naxçıvan” və “Neftçi” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rauf Cabarovun idarə etdiyi görüşdə “ağ-qaralar”ın qollarını İqor Ribeyro (4), Basala Sambu (40), Alessio Kurçi (84) və Vensan Abubakar (90+2) vurublar.

Bu nəticədən sonra Yuri Vernidubun komandası 24 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. Andrey Demçenkonun rəhbərlik etdiyi “qırmızı-ağlar” isə 27 xalla 6-cı pillədə qalır.

Qeyd edək ki, günün növbəti matçında “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.