BAKI, 29 yanvar. TELEQRAF

Rusiyanın "Zenit" klubu Türkiyənin "Fənərbağça" komandasının futbolçusu Yusif En-Nesirini heyətinə qatmaq üçün təklif göndərib.

Teleqraf xəbər verir ki, bu barədə insayder Yagiz Sabunçoğlu məlumat yayıb.

Mənbənin məlumatına görə, Türkiyə klubu hələlik qarşı tərəfə cavab verməyib.

28 yaşlı En-Nesiri 2024-cü ilin yayından "Fənərbağça"da oynayır. O, bu mövsüm 25 oyunda iştirak edib, səkkiz qol vurub və bir məhsuldar ötürmə edib.

En-Nesirinin "Fənərbağça" ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir.