BAKI, 28 yanvar. TELEQRAF

“Şamaxı” qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “şirlər” “Sabah”dan Abdulla Rzayevi icarə əsasında heyətinə qatıb.

24 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər “Şamaxı”da çıxış edəcək.

Qeyd edək ki, Abdulla Rzayev mövsümün ilk yarısını icarə əsasında “Turan Tovuz”da keçirib.