BAKI, 23 yanvar. TELEQRAF
“Qarabağ” Xorvatiyanın “İstra” klubunun nigeriyalı futbolçusu Salim Faqo Lavalı heyətinə qata bilər.
Teleqraf “Sportske Novosti” nəşrinə istinadən xəbər verir ki, keçidin tezliklə tamamlanacağı gözlənilir.
Transferin məbləğinin 2 milyon avrodan çox olacağı və bunun Xorvatiya təmsilçisi üçün rekord satış sayılacağı bildirilir.
Qeyd edək ki, Faqo Laval bu mövsüm 19 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, həm də Nigeriya millisində “Qalatasaray”ın ulduzu Viktor Osimhenin komanda yoldaşıdır.