BAKI, 23 yanvar. TELEQRAF
Son olaraq İtaliya təmsilçisi “Napoli”də çıxış edən niderlandlı futbolçu Noa Lanq “Qalatasaray”la müqavilə imzalamaq üçün Türkiyəyə gəlib.
Teleqraf Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gecə Napolidən Atatürk Havalimanına xüsusi təyyarə ilə gələn 26 yaşlı cinah oyunçusunu "sarı-qırmızı"ların klub rəsmiləri və bir qrup azarkeş qarşılayıb.
İtaliya nəhəngi Noa Lanqı 2 milyon avro qarşılığında mövsümün sonuna qədər Superliqa təmsilçisinə icarəyə verib.
Transferə məcburi olmayan satınalma bəndi daxildir. Bunun aktivləşdirilməsi halında futbolçunun transfer qiyməti təxminən 30 milyon avro olacaq.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 27 oyuna çıxan Noa Lanq 1 qolla yadda qalıb. Karyerası ərzində “Ayaks”, “Tvente”, “Brügge” və PSV klublarında da forma geyinən təcrübəli futbolçu Hollanda millisində 15 oyunda 3 qol vurub.