BAKI, 19 yanvar. TELEQRAF

“Neftçi” klubunun rəhbərliyi qapıçı Rza Cəfərovun “Qəbələ”yə icarəyə göndərilməsi üçün futbolçu ilə danışıqlar aparır.

Teleqraf-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi 22 yaşlı qolkiperə keçidin baş tutması üçün mövcud müqavilənin müddətini uzatmağı şərt qoyub.

“Ağ-qaralar” gənc oyunçuya yeni sözləşmə imzalamayacağı təqdirdə, komandada saxlanılacağını bildirib.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Rza Cəfərov cari mövsümdə hələ rəsmi oyunlarda şans qazanmayıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.