BAKI, 16 yanvar. TELEQRAF
“Sumqayıt” klubunun Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı başa çatıb.
Teleqraf xəbər verir ki, “kimyaçılar” bu gün sonuncu yoxlama oyununda Xorvatiyanın “Osiyek” kollektivi ilə üzləşib.
Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Sumqayıt təmsilçisi bunadək Macarıstanın “Pakş” klubuna 1:5, eləcə də Serbiyanın “OFK Belqrad” komandasına 1:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Sumqayıt” növbəti rəsmi matçını Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 25-də “Turan Tovuz”a qarşı keçirəcək.