BAKI, 16 yanvar. TELEQRAF

"Zirə" qış təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, “qartallar” Çexiyanın “Bohemians” klubu ilə qarşılaşıb.

Türkiyənin Antalya şəhərində baş tutan qarşılaşma Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Zirə"nin yeganə qolunu 41-ci dəqiqədə Ruan Renato vurub.

Qeyd edək ki, "Zirə" bu gün Ukraynanın "Aleksandriya" klubu ilə də qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub.