BAKI, 16 yanvar. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.
Teleqraf xəbər verir ki, Yuri Vernidubun kollektivi Çinin "Çenqdu Ronqçenq" kollektivi ilə üz-üzə gəlib - 3:1.
"Ağ-qaralar"ın heyətində qolları Andrey Ştoqrin (9), Bassala Sambu (29) və İqor Ribeyro (53) vurublar.
Qeyd edək ki, “Neftçi” daha əvvəl Misir təmsilçisi "Piramids"lə heç-heçə (1:1) edib. Qazaxıstanın "Kayrat" komandasını isə 3:0 hesabı ilə məğlub etmişdi.