BAKI, 12 yanvar. TELEQRAF

Mövsümün əvvəlində “Qalatasaray”dan A Seriyası təmsilçisi “Udineze”yə icarəyə göndərilən Nikolo Zaniolo üçün İtaliyadan iki təklif gəlib.

Teleqraf “TuttoMercato” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə maraqlanan klublardan biri “Milan”dır.

Bildirilir ki, A Seriyasının iki aparıcı təmsilçisi futbolçu üçün artıq hərəkətə keçib.

Qeyd edək ki, Zaniolo 2023-cü ilin yayında “Roma”dan 15 milyon avro qarşılığında “Qalatasaray”a transfer olunub. O, carı mövsüm “Udineze”də 24 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı bazar dəyəri 13 milyon avrodur.