BAKI, 10 yanvar. TELEQRAF
“Barselona” “Tottenhem”in niderlandlı futbolçusu Mikki Van de Veni transfer siyahısına daxil edib.
Teleqraf “Sport.es” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi London klubunu tərk etməyə qərarlıdır.
Bu keçid yay fasiləsində reallaşa bilər. “Tottenhem” də Veni İngiltərə çempionatından kənar bir kluba satmağa üstünlük verir.
Transfermarkt portalının məlumatına görə, Mikki Van de Venin bazar dəyəri 65 milyon avro təşkil edir.
Qeyd edək ki, niderlandlı müdafiəçi “Tottenhem”də 2023-cü ilin yayından çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 27 oyuna çıxıb, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.