BAKI, 10 yanvar. TELEQRAF

İngiltərə Premyer Liqası təmsilçisi “Liverpul” futbolçusu Federiko Kyezanın İtaliyanın “Yuventus” klubuna mümkün transferi ilə bağlı qiymət müəyyənləşdirib.

Teleqraf “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, ingilislər 28 yaşlı hücumçunu 10 milyon avro qarşılığında buraxmağa hazırdır.

İtaliyalı futbolçunun özü də daha çox oyun praktikası əldə etmək üçün bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, Federiko Kyeza 2020–2024-cü illərdə “Yuventus”un formasını geyinib.

"Liverpul" "Qarabağ"la UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda yanvarın 28-də üz-üzə gələcək.