BAKI, 2 yanvar. TELEQRAF
İngiltərənin “Çelsi" klubunun futbolçusu Rahim Sterlinq qış transfer pəncərəsində komandasını dəyişə bilər.
Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Florian Plettenberq məlumat yayıb.
Mənbənin məlumatına görə, Premyer Liqanın iki klubu - "Vest Hem" və "Fulhem" Sterlinqi heyətinə qatmaqda maraqlıdır.
31 yaşlı oyunçu “zadəganlar”dan ayrılmağa müsbət yanaşır.
Qeyd edək ki, Rahim Sterlinq bu mövsüm heç bir oyunda şans qazanmayıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.