BAKI, 24 dekabr. TELEQRAF
Türkiyə millisinin və İtaliya klubu “Yuventus”un futbolçusu Kenan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.
Teleqraf “TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçiləri "Çelsi" və "Tottenhem" 20 yaşlı hücumçunu transfer etmək fikrindədir.
İtaliya klubu isə Yıldızla müqaviləni uzatmaq üçün danışıqları davam etdirir. Türkiyəli futbolçu maaşının əhəmiyyətli dərəcədə artırılmasını tələb edir.
Qeyd edək ki, Kenan Yıldızın "Yuventus"la müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, cari mövsüm bütün turnirlərdə 26 oyuna çıxıb, 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.