BAKI, 15 dekabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Karvan-Yevlax" komandaları qarşılaşacaq. Baş hakim Kamranbəy Rəhimovun idarə edəcəyi görüş saat 14:00-da start götürəcək.

Hazırda "İmişli" 15 xalla turnir cədvəlinin 9-cu, "Karvan-Yevlax" 5 xalla 12-ci pilləsində qərarlaşıb.

Turun son görüşündə isə "Neftçi" "Palms Sports Arena"da “Sumqayıt"ı qəbul edəcək. Baş hakim Rauf Cabarovun idarə edəcəyi oyun saat 19:00-da start götürəcək. “Ağ-qaralar” hazırda 16 xalla turnir cədvəlinin 8-ci, "kimyaçılar" isə 26 xalla 4-cü pilləsində qərarlaşıb.

Azərbaycan Premyer Liqası, XV tur
15 dekabr
14:00. “İmişli” – “Karvan-Yevlax”

Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Quba OİK

19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Palms Sports Arena”

Qeyd edək ki, turun daha önxə baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni 2:1, "Kəpəz" "Qəbələ"ni 1:0, "Qarabağ" "Araz-Naxçıvan"ı 5:1, "Sabah" isə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib.