BAKI, 11 dekabr. TELEQRAF

"Qarabağ" dünya reytinqində geriləyib.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) yenilənən siyahısında 65-ci yerdən 68-ci sıraya geriləyib.

“Köhlən atlar”ın 187,5 xalı var.

Qeyd edək ki, reytinq cədvəlinə 585 xalla Fransanın PSJ klubu başçılıq edir.